"Məni şəhidlərin arasına qoymuşdular" -

Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehi Ruslan Abbaszadə döyüş yolundan danışıb.

Metbuat.az xəbər verir ki, o, hərbi xidməti bitirdikdən sonra 6 ay gizir hazırlıq kursunda təhsil alıb. Bundan sonra isə Füzulidə N saylı hərbi hissəyə təyin olunub:

"Aprelin 1-də düşmən təxribata əl atarkən biz də döyüşə başladıq. Bizim hərbi hissə komandiri, rəhmətlik Şükür Həmidov qrupuma düşmənin sol tərəfində, aşağıda iki postu götürməyi tapşırmışdı. Qrupumla aşağı düşdük və 2 saat mühasirədə qaldıq. Sonra biz mühasirədən çıxdıq".

Düşmənin atdığı güllə səbəbindən başından yaralanan Ruslan bidirib ki, postu götürmək üçün vuruşmağa davam edib: "Elə oldu ki, komandir əlaqəyə çıxıd ki, yaralılar arxaya qayıtsın. Birdən taqətdən düşdüm. Sonra elə bil ki, birdən məni geriyə tulladılar. Snayperlə döş qəfəsindən vurulmuşdum. Döyüş yoldaşlarımız bizi xəstəxanaya çatdırmışdılar. Bizi şəhidlərin arasına qoymuşdular. Elə bilmişdilər ölmüşəm. Həkimlərdən biri şəhidlərin yanından keçəndə xırıltı eşidib. Mənə baxıblar ki, nəbzim vurur".

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR