Joze Mourinyo xalüqələr yaratdığı kluba qayıdır

"Roma"nın baş məşqçisi Joze Mourinyonun "Çelsi"yə qayıtması gündəmə gəlib.

Metbuat.az "Sky Sports"a istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi klubdan göndərilən Qrem Potterin yerinə Joze Mourinyonun baş məşqçi təyin edilməsi barədə müzakirələr aparır. Məlumata görə, “Çelsi” azarkeşləri də Mourinyonun kluba qayıtmasını istəyir. Bildirilir ki, Mourinyonun Londonda evi var. Bu da, onun paytaxta qayıtmasına səbəb ola bilər.

Qeyd edək ki, 2004-2007 və 2013-2015-ci illərdə "Çelsi"də işləyən 60 yaşlı mütəxəssis klubla 8 kubok qazanıb. Mourinyonun "Roma" ilə hazırkı müqaviləsi 2024-cü il mövsümünün sonunda bitir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR