Messinin 400 milyonluq təklifi rədd etməsinin səbəbi bu imiş

Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun 400 milyon avroluq təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ntvspor xarici mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Messinin təklifi rədd etməsinin səbəbi kariyerasına Avropada davam etdirmək istəməsidir. Buna görə də, 36 yaşlı futbolçu təklifi dəyərləndirmək istəməyib.

Qeyd edək ki,italiyalı jurnalist Fabritsio Romano Ər-Riyad təmsilçisinin nümayəndələrinin 36 yaşlı hücumçu ilə əlaqə saxlayaraq, ona illik 400 milyon avro məvacib təklif etdiklərini yazıb. Lionel Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Onun sabiq klubu olan İspaniya "Barselona"sına qayıda biləcəyi də iddia olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR