Uşaq kitab festivalında izdiham -

Bu gündən Bakıda II Uşaq Kitab Festivalı başlayıb.

Metbuat.az xəbər verir ki, açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, deputatlar və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, təqdimatlar, imza mərasimləri, master-klaslar, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşalar nümayiş etdiriləcək.

Qeyd edək ki, festival 8-11 aprel tarixlərində hər gün saat 10:00-19:00 arası Bakı İdman Sarayında (keçmiş Əl oyunları sarayı) baş tutacaq. Tədbir “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Festivalın könüllü dəstəyini isə “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi öz üzərinə götürüb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR