Azərbaycan Laçında nəzarət buraxılış məntəqəsi quraşdırıb? -

Azərbaycanın Ermənistanla sərhədin Laçın rayonu istiqamətində nəzarət buraxılış məntəqəsini quraşdırması ilə bağlı Ermənistan mediasında xəbərlər yayılıb.

Detallar barədə Metbuat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə yerli telekanallara müsahibəsi zamanı da demişdi ki, Azərbaycan və Ermənistan arasında sərhəddə nəzarət buraxılış məntəqələri yaradılmalıdır. Azərbaycan- Ermənistan sərhədində inşa olunan nəzarət buraxılış məntəqəsi barədə geniş məlumatların olmadığını vurğulayan ekspertin qənaətinə görə, Zabux və Cağabus kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi ilə belə bir nəzarət buraxılış məntəqəsinin quraşdırılması da mümkün görünürdü.

"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

Ədalət Verdiyev

“Bu ehtimallar dəfələrlə səsləndirilmişdi. Görünür ki, artıq bu nəzarət keçid məntəqəsi quraşdırılıb. Onların sayı məncə, bir ədəd olacaq. Çünki Ermənistanı Qarabağla bağlayan bir yol var. Burada bir-birini təkrarlayan eyni keçid məntəqələrinin quraşdırılmasına ehtiyac qalmır”.

Ədalət Verdiyev hesab edir ki, nəzarət buraxılış məntəqəsinin quraşdırılmasına Rusiya və Ermənistanın mane olmaq şansları real görünmür.

“Ətraf ərazilərdə, yəni Ermənistanla sərhəddə, bizim bir neçə strateji və hakim yüksəklikdə ordumuzun bölmələri yerləşdirilib. Biz həmin mövqelərdən Ermənistanın Gorus rayonu ərazisini rahatlıqla müşahidə edə bilirik”,- deyə ekspert qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR