Tehran - Yerevanla DOĞMALAŞIR:

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri çərçivəsində bu ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Şaxmayi ilə görüşüb. İki ölkənin Təhlükəsizlik şurası katibliyi səviyəsində aparılan danışıqlarda Zəngəzur dəhlizi və Tehranın Ermənistana hərbi yardımı müzakirə edilib.

Metbuat.az xəbər verir ki, bu görüş barədə şərhini verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, görünür, Ermənistan və İran arasında hərbi-müdafiə sahəsində ümumi razılıq və sazişin imzalanması istiqamətində addımlar atılır.

"İranın Təhlükəsizlik Şurasının katibi birbaşa İranın ali dini rəhbəri S. Ə. Xamneiyə tabe olmasını nəzərə alsaq, deməli, birbaşa Azərbaycan əleyhinə və Ermənistanla hərbi-müdafə və təhlükəsizlik sahəsində əməşdaşlığın inkişaf etdirilməsi üçün birbaşa S. Ə. Xamnei tərəfindən göstəriş verilib. İran- Ermənistan arasında hərbi müdafiə və təhlükəsizlik sahəsində memarandumların imzalanması ilə bu ölkədə İranın SEPAH-ın fəaliyyətinə icazə verilməsi gözlənilir. Tehranın əsas planı Ermənistanı Azərbaycanla sülh müqviləsinin imzalanmasından yayındırmaqdır".

Politoloq hesab edir ki, Ermənistanın bu siyasəti ABŞ Cənubi Qafqazda regional siyasətinə ziddir. Analitik qeyd etdi ki, Yerevanın bu siyasəti İranın Cənubi Qafqazda geosiyasi mövqeyinin güclənməsinə xidmət edir.

"Ötən ay ABŞ dövlət katibi Entoni Blinkenin Kongresdə xarici əlaqələr komitəsində Cənubi Qafqazda İranın artan təzyiqlərinin qarşısını almaq və İranla Azərbaycan sərhədinin uzunluğuna görə Azərbaycanı müdafiə etməyin lazımlı olduğunu vurğulamışdı. Belə olan təqdirdə ABŞ-ın dəstək verdiyi Ermənistan hakimiyyəti isə, İranı Azərbaycana qarşı fəaliyyətə keçməyə və regionda aktivləşdirmək üçün sazişlər imzalayır. Rəsmi Bakı bu konteksdə Vaşinqtona çağırışlar etməli, Ermənistan və İran əlaqələrinin regionda sülhü təhdid etməsinə və ABŞ-ın regional siyasətinə qarşı olduğunu vurğulamalıdır. İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri iki gün ərzində telefon danışıqları aparıb. İki tərəfli danışıqlarda münasibətlərin normallaşdırılması və layihələrin icrası razılaşdırılıb. Tehranın Ermənistana verdiyi dəstək fonunda İran Azərbaycan əlalərinin normallaşması gözlənilmir",- deyə .Məhəmməd Əsədullazadə fikrini tamamlayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR