İngiltərə klubları Hollandiyanın "Feyenoord" klubunda parlaq mövsüm keçirən türkiyəli futbolçu Orkun Kökçünü transfer etməkdə maraqlıdır.

Metbuat.az Ntspor-a istinadən xəbər verir ki, Türkiyə millisinin futbolçusu ilə 6 ingilis klubu maraqlanır. “Mançester Yunayted” və “Tottenhem” kimi nəhəng klublarla yanaşı futbolçu ilə maraqlanan klublar arasında “Brayton”, “Lester”, “Vest Hem Yunayted” və “Brentford” da var.

Qeyd edək ki, Orkun Kökçü bu mövsüm kapitanı olduğu “Feyenoord”dakı çıxışı ilə komandasının uğurunda böyük pay sahibi olub. “Feyenoord” ən yaxın rəqibini 8 xal qabaqlayaraq 67 xalla liderdir. Orkun Kökçü bu mövsüm 38 oyuna çıxıb, 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Transfer dəyəri 30 milyon avro olan Orkunun komandası ilə müqviləsi 2025-ci ildə başa çatır.