ABŞ Putinin planlarından necə xəbər tutub?

ABŞ-ın Müdafiə Nazirliyindən internetə sızan “məxfi” sənədlərlə bağlı yeni detallar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, sənədlərdə qeyd edilir ki, ABŞ Rusiya kəşfiyyatının və ordusunun demək olar ki, hər bölməsinə sızıb. İddia edilir ki, buna görə də ABŞ Rusiyanın atacağı addımlardan əvvəlcədən xəbər tuta bilib. Bildirilir ki, ABŞ kəşfiyyatının Rusiya ordusuna sızması sayəsində Vaşinqton Moskvanın Ukrayna müharibəsi ilə bağlı planlarından əvvəlcədən xəbər tutub.

Sənədlərdə qeyd edilir ki, Prezident Vladimir Putin muzdlu “Vaqner”in qrupunun rəhbəri Yevgeni Priqozinlə müdafiə naziri Sergey Şoyqu arasında yaranmış böhranı həll etmək üçün şəxsən müdaxilə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR