"Yas mərasiminə gələn qadınlar, qızlar niyə ful makiyaj edirlər?" -

Əməkdar artist Nigar Şabanova yas mərasimlərinə makiyajlı gedən xanımları tənqid edib.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o, bu barədə instaqram hesabında post paylaşıb:

Əməkdar artist bu mövzuya instaqramında status yazaraq şərh bildirib:

“Çox maraqlıdır, yas mərasiminə gələn qadınlar, qızlar niyə ful makiyaj edirlər? Ölüyəmi sevinirlər, yasın keçirilməyinəmi? Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR