Qubadlı rayonunun Yusifbəyli kəndi -

Qubadlı rayonunun Yusifbəyli kəndi Həkəri çayının sahilində, İncə düzündə yerləşir.

Metbuat.az AzərTac-a istinadən xəbər verir ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər. Kənddə XVIII əsrdə inşa olunmuş məscid də erməni vandalizminə məruz qalıb. İşğal dövründə yarıuçurulmuş vəziyyətdə olan məsciddə heyvan saxlanılıb.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR