​Tanınmış fashion dizayner “Reputation Awards 2023”də təltif olundu

Hər bir fashion dizaynerin öz stili var. Moda dizaynerləri orijinal seçimləri ilə öz dəsti xəttini qoruyub saxlamalıdır.

Özbəkistanlı fashion dizayner Gülçöhrə Yunusova bir çox tanınmış dizaynerlərlə çalışır. Modelyer sənəti ilə peşəkar səviyyədə məşğul olan modelyer şəxsi atelyesində möhtəşəm kolleksiyalar tərtib edir. Öz kolleksiyasında milli ruha köklənir və əl işlərində onu ön plana çıxarmağı hədəfləyir.

Əl işlərinin dünya miqyasında brendə çevrilməsini istəyən modelyer öz geyimlərində rəngarəngliyə üstünlük verir.

Gülçöhrə xanımın şəxsi atelyesində milli ornamentlər və tarixi elementləri əsk etdirən milli geyimlər üstünlük təşkil edir. Dünyanın bir çox ölkəsində beynəxalq moda nümayişlərində olan Gülçöhrə xanımın hazırladığı geyimlər Azərbaycanda Mercedes-Benz Fashion Week Baku və Baku Fashion week-də modasevərlərə təqdim olunub.

Gülçöhrə Yunusova 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Famous Fashion Designer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR