Maşını kanala düşən şəxsin meyiti aşkarlandı

2 gün öncə Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR