​Gənc bloger “Reputation Awards 2023”də seçilənlərdən oldu

Son illərin trendləri arasında bloqlar önəmli yer tutur. Gündəmi tutmaq, məzmunu daim yeniləmək, izləyicilərin diqqətini canlı saxlayacaq çəkici idealar istehsal etmək bloger olmağın əsas şərtidir.

Xüsusilə səyahət və ya əyləncə sektorundan bloq yaradırsınızsa, daha yaradıcı olmalısınız. Müasir insanın oxumağa olan həvəsi azaldığı üçün səyahət bloqları bu baxımdan daha cazibədardır. Sosial media platformalarında ön plana çıxanvə altı yüz mindən çox izləyicisi olan səyahət blogerlərindən biri də Firəngiz Əbdüləzizdir.

O, uğurlu səyahət blogeri, eyni zamanda “Selfie Travel” turizm şirkətinin baş satış meneceridir. Ölkəmizin tanınmış səyahət blogeri Firəngiz Əbdüləziz bu günə qədər dünyanın onlarla ölkəsinə səyahət edib. Onun səyahət etdiyi ölkələrdən olan görüntüləri sosial media izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Firəngiz Əbdüləziz sevimli işi haqda danışarkən bildirir ki:

“Çoxsaylı səyahətlərimin nəticəsi olaraq belə qənaətə gəldim ki, fərqli mədəniyyətləri görüb, fərqli dünyalarla tanış olmaq insanı daha çox tolerant olmağa sövq edir”

Ən son Amerikaya səyahət edən olub gənc bloger bu ölkənin tarixi və coğrafi məkanları haqda maarifləndirici bloqlar hazırlayıb.

Firəngiz Əbdüləziz, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative Travel Blogger of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR