Beyləqan sakinindən 1 kq-dan çox metamfetamin aşkarlanıb

Beyləqan rayon sakinindən və onun avtomobilindən 1 kq-dan çox metamfetamin aşkarlanıb.

Bu barədə Metbuat.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR