Lerikdəki dəhşətli hadisənin təfərrüatı bəlli oldu -

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin səbəbi məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.

Elektrik xəttini qoşan qadını cərəyan vurub və hovuza yıxılıb. Motorun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatlarını itirib.

Qeyd edək ki, hadisə nəticəsində 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B. (azyaşlının ad və soyadı şərtidir) həlak olub.

Foto: APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR