7,3 bal gücündə zəlzələ baş verdi -

İndoneziyanın Sumatra adasının qərbində rixter cədvəli üzrə 7,3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlim və Geofizika agentliyi məlumat verib. Məlumata görə, agentlik sunami xəbərdarlığı elan edin. Sakinlərə sahilyanı ərazilərdən uzaqlaşmaq barədə çağırış edilib. Sosial mediada sunaminin sahilə çatdığı barədə video paylaşılıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Hakim dairələr bölgəyə xilasedicilər cəlb edib. Bəzi mənbələr zəlzələnin gücünü 7,1 bal açıqlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR