Azərbaycan Qran-Prisində Formula 2-nin əsas yarışı başa çatdı

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisində Formula 2-nin əsas yarışı başa çatıb.

Metbuat.az xəbər verir ki, 29 dövrənin tamamında "Prema Racing"in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub.

"Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olub. Bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar.

"Hitech"dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing”dən Bred Benavides qəza törətdiyi üçün mübarizəni dayandırmışdı.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı