Türkiyə bu iddia ilə çalxalanır - “Qapıçı qolları bilərəkdən buraxıb” / VİDEO

Superliqanın 32-ci həftəsində keçirilən "Sivasspor" - "Fənərbaxça" matçında meydan sahiblərinin qapıçısı Ali Şasalın buraxdığı qollar müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" azarkeşləri qapıçının asan toplar buraxdığını irəli sürərək, etiraz ediblər. Məsələ yerli mediada da gündəm olub. “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay oyundan sonra bildirib ki, qapıçı zədəli olduğu üçün uğurlu oyun sərgiləməyib. "Ali orada səhv etdi. Valensiya ilə mübarizə zamanı zədəli olandan sonra oyunu tərk etməli idi. Həkimlər çıxacağını desələr də, çıxmadı. Fasilədə ondan soruşanda dedi ki, "Ayağım ağrıyır. Amma oynayacağımı düşündüm". Son buraxdığı qol, yəqin ki, ayağına görə əyilə bilmədi. Peşəkar oyunçu belə şeylərə yol verməməlidir" - Rıza Çalımbay deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı