Rəcəb Tayyib Ərdoğan: “Hürjet” qırıcıları F-16 təyyarələrini əvəzləyəcək

Türkiyənin döyüş və təlim qırıcısı - “Hürjet” milli silahlarla təmin olunacaq və ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 təyyarələrini qismən əvəz edə biləcək.

Metbuat.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə Kahramankazan şəhərində yeni hərbi aviasiya modellərinin təqdimat mərasimində deyib. Onun sözlərinə görə, “Hürjet” qırıcısının “TCG Anadolu” milli desant və aviadaşıyıcı gəmisinin göyərtəsində yerləşdirilməsi də planlaşdırılır.

Prezident, həmçinin Türkiyə kompaniyalarının istehsalı olan beşinci nəsil “Kaan” qirici təyyarəsinin (“Milli Muharip Ucak” proqramı çərçivəsində hazırlanan TF-X təyyarəsi - red.) bir neçə ildən sonra silahlı qüvvələrə təhvil veriləcəyini deyib: “Bununla da, Türkiyə beşinci nəsil təyyarə istehsal edə bilən beş ölkədən birinə çevriləcək. “Kaan” yeni texnologiyalar sayəsində radarlar üçün görünməz olacaq”.

Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə yeni “Anka-3” döyüş PUA-sının ilk uçuşunun həyata keçiriləcəyini bildirib.

“Turkish Aerospace Industries” kompaniyası tərəfindən hazırlanan “Hürjet” milli döyüş və təlim qırıcısı aprelin 25-də ilk uçuşunu həyata keçirib. Onun bəzi xarakteristikalarına görə hazırda silahlanmada olan bir sıra qırıcıları üstələdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı