“Turan Tovuz” “Zirə”yə qalib gəldi

Misli Premyer Liqasının 32-ci turunda bu gün daha bir oyun keçirilib.

Metbuat.az xəbər verir ki, "Zirə" "Turan Tovuz"u qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 3:1.

Digər görüşdə isə "Qəbələ" "Səbail"i məğlub etdiyi (4:2) üçün 4-cü yer uğrunda mübarizədə əyalət təmsilçisi ilə "Zirə" arasındakı fərq 6-ya yüksəlib. "Qəbələ"nin 48, "Zirə"nin isə 42 xalı var.

Qeyd edək ki, turun "Neftçi" - "Qarabağ" oyunu aprelin 30-dan mayın 2-nə təxirə salınıb.

1 may (bazar ertəsi)

20:00. “Zirə” – “Turan Tovuz” - 1:3

Qollar: Loris Broqno, 86 - Şəhriyar Əliyev, 3, Natan Oduva, 57, Roderik Miller, 60,

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR