DİN antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə sosial çarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədi ilə növbəti sosial çarx hazırlayıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial çarxın hazırlanmasında əsas məqsəd gəncləri və ən əsası narkotik vasitələrin təsiri altına düşməyə meyilli olan zəif iradəli şəxsləri bu yoldan çəkindirməkdir.

“Antinarkotik təbliğatın gücləndirilməsinə dəstək verən hər bir kəsə təşəkkür edirik”, - məlumatda qeyd olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR