Adanada dəhşətli qətl: Ər arvadını, qaynanasını, baldızını öldürdü

Türkiyənin Adana şəhərində ailə faciəsi yaşanıb.

Metbuat.az Haberglobal-a istinadən xəbər verir ki, suriya əsilli Türkiyə vətəndaşı Özgür Durmuş həyat yoldaşını, qayınanasını və əlil baldızını öldürüb, qayınatasını yaralayıb.

Məlumata görə, alkoqolik olan Özgür Durmuşla mərhum həyat yoldaşının 6 övladı olub. Qadın yoldaşını uşaqlara baxmamaqda günahlandırıb və onları sığınacağa yerləşdirib.

Bu səbəbdən Özgür Durmuş evə gələrək onlarla mübahisə edib. Nəticədə əsəbi kürəkən bıçaqla həyat yoldaşının, əlil baldızının, qaynanasının boğazını kəsib. Bundan sonra polisə xəbər verib və hadisə yerindən qaçıb.

Çox keçmədən Özgür Durmuş polisə gedərək özü təslim olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı