Göy soğan yaşlı insanların damarlarını möhkəmləndirir və insultdan qoruyur

Göy soğandan istifadə yaşlı insanlarda qan damarlarının möhkəmlənməsinə kömək edir.

“Damarlar kollagendən ibarətdir. Göy soğanın tərkibində olan C vitamini kollageni sintezləşdirməyə kömək edir, damarları möhkəmləndirir”, - deyə həkim-diyetoloq Yelena Solomatina vurğulayıb.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim əlavə edib ki, göy soğan yaşlı insanların insultun inkişafından müdafiəsini yaxşılaşdırır. “Əgər C vitamini çatışmırsa, deməli damarlar qocala və qırıla, nəticədə hemorragik insult baş verə bilər”, - deyə diyetoloq xəbərdar edib.

Göy soğan yaşlılarda sağlamlığın qorunub saxlanmasında vacib rol oynayan mikroelementlə - maqneziumla da zəngindir. O, xüsusilə sümük toxumasının möhkəmlənməsinə və osteoporoz profilaktikasına, nevroloji sağlamlığa, yaxşı yuxuya kömək edir.

Yaşlı dövrdə bu ərzağın digər mühüm üstünlüyü tərkibindəki lif və faydalı maddələrlə zəngin olan şirəsi sayəsində həzmi aktivləşdirməsi və ikinci tip diabetin inkişafına mane olmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı