Xeyriyyəçi kimi tanınan Xəqani Hüseynov bu səbəbdən həbs edilib - FOTO

Xəbər verdiyimiz kimi, "TikTok" sosial şəbəkəsində özünü xeyriyyəçi kimi tanıdan Hüseynov Xəqani (Xaqocan) həbs edilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, "Xaqocan" 10 sutka müddətində həbs edilib.

"Xəqani Hüseynov sosial şəbəkə istifadəçisi Azər Əmirovun müraciəti əsasında Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (xırda xuliqanlıq) əsasən protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka həbs edilib".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı