Rus və Ukrayna nümayəndələri arasında əlbəyaxa dava - VİDEO

Ankarada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının toplantısında Rusiya və Ukrayna nümayəndələri arasında əlbəyaxa dava düşüb.

Metbuat.az xəbər verir ki, gərginliyin başlamasına ruspərəst şəxsin Ukrayna rəsmisi Oleksandir Marikovskinin əlindən Ukrayna bayrağını alaraq qaçmağa çalışması olub. Ardınca həmin şəxsi təqib edən Marikovski bayrağı qaytarmayan şəxsə yumruq zərbəsi endirib. Marikovski qışqıraraq kişiyə yumruq vurandan sonra bayrağı geri ala bilib. Tərəfləri təhlükəsizlik əməkdaşları və digər diplomatlar ayırıb. Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Olqa Timofeyevanın sammitdə çıxışı zamanı da Ukrayna nümayəndə heyəti bayraq açaraq etiraz edib.

Bayraq açan ukraynalılar Rusiya nümayəndə heyətinin üzərinə getməyə cəhd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı