Vuçiç ölkədə ölüm hökmünün bərpa edilməsini istəyir

Serbiya Prezidenti Aleksandr Vuçiç hökumətə ölkədə ölüm hökmünün geri qaytarılmasını təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə Vuçiç özü danışıb.

Buna baxmayaraq, Serbiyanın Nazirlər Kabineti beynəlxalq normalarla əlaqədar olaraq bu təklifi qəbul etməyib.

Xatırladaq ki, bu gün 21 yaşlı gənc ölkənin Mladenovaç bölgəsində silahlı insident törədib. Hadisə nəticəsində 8 nəfər həlak olub, daha 13 nəfər isə yaralanıb. Polis hadisəni törədən şəxsi saxlayıb. Serbiyanın XİN rəhbəri insidenti terror aktı adlandırıb. Bununla yanaşı, mayın 3-ü Serbiyada məktəbdə 7-ci sinif şagirdi tərəfindən silahlı hücum törədilib. Bu zaman 9 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı