“Traktor”dan səfər qələbəsi

İran çempionatında 28-ci turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” bu tur səfərdə “Mes Kerman”ın qonağı olub. Matç Təbriz klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Traktor”un heyətində Qustavo (2 qol) və Agjahanpour fərqlənib.

Ardıcıl 2-ci, son 5 oyunda isə 4-cü qələbəsini qazanan “Traktor” xallarının sayını 49-a çatdırmaqla turnir cədvəlində 4-cü pillədəki yerini möhkəmləndirib.

Qeyd edək ki, “Sepahan” 59 xalla çempionatın lideridir. 1 oyun az keçirmiş “Persopolis” 57 xalla ikinci, “İstiqlal” isə 56 xalla üçüncüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR