“Real Madrid”dən 130 milyonluq transfer

“Real Madrid” “Borussiya Dortmund”un futbolçusu Cud Bellinqemlə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. Bildirilir ki, İngiltərə millisinin üzvü “Real Madrid”ə keçmək üçün “Mançester Siti”dən aldığı təklifi rədd edib. “Mançester Siti” 19 yaşlı futbolçuya illik 15 milyon avro məvacib təklif edib. Lakin futbolçu təqribən eyni məbləğdə təklif edən “Real Madrid”ə keçməyə razılıq verib. “Real Madrid”in transferi reallaşdırmaq üçün mövsümün sonunda “Borussiya Dortmund”a 130 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Bellinqemin “Borussiya” ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR