Pikedən ayrılan Şakira həyəcanı 60 yaşlı aktyorda tapdı

Uzun illərdir birlikdə olduğu futbolçu Jerar Pike ilə yollarını ayıran kolumbiyalı müğənni Şakira dünya şöhrətli aktyor Tom Kruzla görüntülənib.

Metbuat.az xəbər verir ki, xarici KİV-lər tərəflərin sevgili olduğunu yazır. Məlumata görə, Şakira Mayamidə keçirilən Formula 1 yarışında görünüb.Şakiranın məşhur aktyor Tom Kruzla yan-yana olması və ikilinin birlikdə görünməsi onların sevgili olması barədə xəbərlərin dərc edilməsinə səbəb olub.

KİV-lər 60 yaşlı Kruzun Şakira ilə çox səmimi olduğunu yazıb. Qeyd edək ki, İspaniyanı tərk etmək qərarına gələn Şakira ABŞ-ın Mayami şəhərində məskunlaşıb. Bundan əvvəl Şakiranın ABŞ-da "sirli sevgilisi" olduğu iddia edilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR