PSJ Messi barədə geri addım atdı - Yeni qərar

PSJ-nin futbolçusu Lionel Messi komanda ilə məşqə çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə PSJ klubu məlumat verib. Məlumata görə, klub Messinin məşqdən və oyunlardan uzaqlaşdırılması barədə cəzasını iki həftədən bir həftəyə endirib.

Qeyd edək ki, Messi PSJ-nin "Loryan"a 1:3 hesabı ilə uduzduğu oyundan sonra düşərgəni icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollanmışdı. Daha sonra klub onu cəzalandırıb. Ardınca argentinalı futbolçu üzr istəmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı