PSJ-dən cəzalanadırdığı Messi barədə gözlənilməz qərar

PSJ klubu Lionel Messinin "Barselona"ya və ya Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı yayılan xəbərlər fonunda sürpriz qərar verib.

Metbuat.az xəbər verir ki, PSJ Messiyə yeni təklif irəli sürüb. “Times” qəzetinin məlumatına görə, yeni təklifdə Messinin məvacibi əvvəlkindən çoxdur.

Qeyd edək ki, PSJ ilə müqaviləsi başa çatmaq üzrə olan Lionel Messinin “Əl Hilal” klubundan illik 400 milyon avro məvaciblik təklif aldığı, keçmiş klubu "Barselona"nın isə onu geri qaytarmaq üçün vəsait axtardığı iddia edilir. Reklam məsələsi ilə bağlı Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün PSJ Messini əvvəl iki həftə cəzalandırmış, ardınca cəza bir həftəyə endirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı