Futbol üzrə Azərbaycan I Divizionun 28-ci turunda yaşıl meydanlarda nadir görünən qol vurulub.
Metbuat.az xəbər verir ki, “Araz Naxçıvan” - “Səbail-2” matçında birincilərin oyunçusu Bayraməli Qurbanov künc zərbəsindən birbaşa topu qapıya göndərib. Bu, qarşılaşmanın 78-ci dəqiqəsində qeydə alınıb.
Görüş “Araz Naxçıvan”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.