Əfsanəvi qapıçı 93 yaşında vəfat etdi

Meksika yığmasının sabiq qapıçısı Antonio Karbaxal 93 yaşında dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb. Dünyanın ali futbol qurumunun prezidenti Canni İnfantino məşhur qolkiperin vəfatı oilə əlaqədar bildirib:

“Beş dünya çempionatında oynayan ilk futbolçu olan Antonio Karbaxalın vəfat etməsini böyük kədərlə öyrəndik. Mən onun ailəsinə və yas tutan bütün meksikalı azarkeşlərə dərin hüznlə başsağlığı verirəm”.

Antonio Karbaxal 1950-ci ildən 1966-cı ilə qədər bir dəfə də olsun dünya çempionatını qaçırmayıb. Bu günə qədər yalnız 6 oyunçu 5 dünya çempionatında çıxış edib. FİFA daha sonra Karbaxalı futbola xidmətlərinə görə qızıl medalla təltif edib. Klub səviyyəsində Antonio bütün karyerası boyunca Meksika çempionatında oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı