Ermənistan Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası CƏMLƏŞDİRDİ

Müdafiə Nazirliyi növbəti dəfə məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumatda deyilir:

"Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı