Beşiktaş" "Sabah"la keçirəcəyi yoldaşlıq oyunu üçün xatirə bilətləri satışa çıxarıb.
Metbuat.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, biletlərin qiyməti 100 TL təşkil edir. "Bırakmam Seni Türkiyem" yardım kampaniyası çərçivəsində baş tutan matçın xatirə biletlərinin satışında məqsəd əldə olunacaq vəsait zəlzələ qurbanları üçün xərclənəcək.
Xatırladaq ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.