Sabah seçkilər səbəbindən Türkiyədə bir sıra qadağalar olacaq.
Metbuat.az xəbər verir ki, səhər saat 6-dan gecə 24-ə qədər spirtli içkilərin satışı qadağan olunacaq. Qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri seçkilərə görə bağlı qalacaq.Obyektlərdə sadəcə yemək xidməti olacaq. Toylar isə saat 18:00-dan sonra başlayacaq.
Bundan başqa, yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olanlardan başqa heç kim silah daşıya bilməyəcək.
Türkiyə sabah prezident seçkisi və 28-ci dönəm parlament seçkiləri üçün sandıq başına gedəcək.
Bu gün saat 18:00-da başlayacaq təbliğat qadağası 24 saat davam edəcək. Sabah seçki məntəqələri bağlanana qədər təbliğat xarakterli xəbərlər və verilişlər olmayacaq. Saat 18.00-dan 21.00-dək Ali Seçki Şurasının seçki ilə bağlı xəbərləri paylaşılacaq.