"Telegram"ın sevilən funksiyası "WhatsApp"a gəldi - FOTO

Populyar mesajlaşma proqramı “WhatsApp” bu dəfə teleqramdakı funksiyasını əlavə etmək üçün işə başlayıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “WhatsApp”ın əlavə etdiyi “Kanallar” funksiyası ilə bağlı bəzi detallar üzə çıxıb. Bildirilir ki, test mərhələsində olan funksiya “Play Store”da mövcud olan mesajlaşma proqramının 2.23.10.14 beta versiyasında istifadəyə verilib.

Telegram Kanallar özelliği WhatsApp'a geliyor
“WhatsApp” bildirir ki, kanalın üzvlərinin sayı ilə bağlı əvvəlcədən müəyyən edilmiş məhdudiyyət yoxdur. Bu funskiya həmçinin xəbərləri, hadisələri və digər məlumatları geniş auditoriya ilə bölüşmək üçün faydalı olacaq. Kanalın üzvləri məlumatı paylaşanın telefon nömrəsini görməyəcək. Beləliklə, kanalda məlumat paylaşanın məxfiliyi pozulmayacaq. Kanallardakı mesajların tam şifrələnəcəyi ilə bağlı isə məlumat yoxdur.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR