Sinan Oğan kimə səs verəcək? - Əsas şərtləri İTV-yə danışdı

Xəbər verdiyimiz kimi, Türkiyədə seçkilər II tura qalıb.

Metbuat.az xəbər verir ki, seçkilərdə həlledici rol oynayan Sinan Oğan İTV-yə danışıb. Siyasətçi bildirib ki, şərtlərə uyğun olmayan heç bir namizədə səs verməyəcək:

"Ərdoğan və Kılıçdaroğlu uzun illərdir ki, siyasətdədilər. Mən hələ yolun başındayam. Oturub danışarıq. Qırmızı xəttimizə uyğun namizədlə davam edəcəyik. Əgər uyğun deyilsə, heç kimi dəstəkləməyəcəyik. Hər kəsi dəstəkləmək məcburiyyətində deyilik. Bizim siyasətə baxışımız fərqlidir. Buna görə də çalışmağa davam edəcəyik. Əsasən də suriyalıların göndərilməsi və terrorla mübarizə bizim vacib şərtimizdir".

Məlumat üçün bildirək ki, Kılıçardoğlu ilə Sinan Oğan arasında seçkilərdən sonra telefon danışığı olub. Görüşün məhsuldar keçdiyi bildirilib. Ərdoğanın sözçüsü İbrahim Kalın isə bildirib ki, seçkilərdən sonra Oğanla heç bir telefon danışığı olmayıb.

Qeyd edək ki, Sinan Oğanın topladığı səs 5.20%-dir. II tur isə mayın 28-də baş tutacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı