FİFA DÇ-2026-nın loqosunu təqdim etdi - FOTO

2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosu təqdim edilib.

Metbuat.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Bildirilib ki, loqoda kubokun təsviri və yarışın keçiriləcəyi il yer alıb.

Tədbir Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə gerçəkləşib. Təqdimatda FİFA prezidenti Canni İnfantino və braziliyalı ikiqat dünya çempionu Ronaldo da iştirak edib.

Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR