Məşhur hücumçu futboldan kənarlaşdırıldı

İngiltərə millisinin və "Brentford"un hücumçusu Ayvan Toni futboldan kənarlaşdırılıb.

Metbuat.az-ın məlumatına görə, 27 yaşlı forvard idman oyunlarına mərc etdiyi üçün 8 ay müddətinə diskvalifikasiya olunub. Təcrübəli futbolçu, həmçinin, 50 000 funt sterlinq məbləğində cərimələnib.

Toni 2017-ci ilin fevralından 2021-ci ilin yanvarınadək ümumilikdə 232 qayda pozuntusuna yol verib.

Diskvalifikasiya müddəti 2024-cü il yanvarın 16-da başa çatacaq. Klub və oyunçu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.

Qeyd edək ki, Ayvan Toni bu mövsüm "Brentford"un heyətində 35 oyun keçirib, 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı