Putin təkcə bu iki ölkənin rəhbərindən "qorxur" - KQB-nin keçmiş zabiti

Rusiya Prezidenti Vladimir Putinin hörmət etdiyi və anlaşdığı liderlərdən biri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır.

Metbuat.az Unian-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Təhlükəsizlik Komitəsinin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş zabiti Sergey Jirnov deyib. O bildirib ki, Putinin çəkindiyi və hörmət etdiyi iki liderdən biri Ərdoğan digər isə Çin lideri Si Cinpindir.

Onun sözlərinə görə, Putin Qərb liderləri arasında heç kimə hörmət etmir.

"Putin Si Cinpindən çəkinir, həm də qısqanır. Çünki Çin böyük ölkədir və əhalisi çoxdur. Çin öz oyununu oynayır. Bu, Putin üçün çətindir", - KQB-nin keçmiş zabiti qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı