UEFA-dan şok paylaşım: Final oyunu "Real" və "İnter" arasında "olacaq"

UEFA "Mançester Siti" - "Real Madrid" oyunundan sonra qalmaqallı paylaşım edib.

Metbuat.az xəbər verir ki, "Mançester Siti" ümumi hesaba görə, 5-1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazansa da, UEFA finalın afişasında "Mançester Siti"nin deyil, "Real Madrid"in adını qeyd edib. Paylaşımda İstanbuldakı final oyunun "Real Madrid" - "İnter" arasında olacağı qeyd edilib. "Real Madrid" və "İnter"in loqolarının olduğu paylaşımda "Finalçılar bəlli oldu, səhnə hazırdır" sözləri yazılıb. Bir müddət sonra paylaşım silinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR