“Bavariya” öz meydanında “Leyptsiq”ə məğlub oldu - VİDEO

Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, lider “Bavariya” öz meydanında “Leyptsiq”ə məğlub olub - 1:3.

Hesabı 25-ci dəqiqədə Serje Qnabri açsa da, ikinci yarıda Konrad Laymer, Kristofer Nkunku və Dominik Soboslayın qolları “Leyptsiq”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “Bavariya” 68 xalla liderdir. Bir oyun az keçirən “Borussiya” (Dortmund) 67 xalla ikincidir. Komanda sabah səfərdə “Auqsburq”a qalib gəlsə, zirvəni ələ keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR