Məktəbli formaları dəyişir: Sentyabrdan 3 il müddətində... - VİDEO

Yeni tədris ilindən məktəbli formaları da yenilənir.

Metbuat.az xəbər verir ki, Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov "Xəzər Xəbər”ə bildirib ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib.

Etibar Əzimov əlavə edib ki, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq.

Elm və Təhsil Nazirliyindən bildirdilər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Yəni 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR