"13 yaşımda dedi ki, onlar sənin ata-anan deyil" - Ülviyyə Əliyeva

Aktrisa Ülviyyə Əliyeva yeniyetməlik dövründə yaşadığı travmalardan danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə o, "Günaydın, Azərbaycan" proqramında danışıb.

O, yenidən ailəsi tərəfindən bibisinə övladlıq verildiyini xatırlayaraq keçmişə qayıdıb:

"Bibimin övladı olmayıb, məni ona veriblər. İki ana, iki atam var. Doğulandan 40 gün sonra məni bibimə veriblər. Bir nəfər var idi, 13 yaşımda mənə dedi ki, onlar sənin ata-anan deyil. Buradan deyirəm ki, kimsə övladlığa uşaq götürəndə, mütləq ona bu barədə məlumat versin. Mən travmalar aldım. Ən təhlükəli yaş idi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı