Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tur başa çatıb.
Metbuat.az xəbər verir ki, ikinci matç günündə daha dörd görüş keçirilib.
"Turan Tovuz" doğma meydanda "Səbail"lə heç-heçə edib - 2:2.
Çempionluğunu rəsmiləşdirən "Qarabağ" evdə "Sumqayıt"a 1:2 hesabı ilə yenilib.
"Şamaxı" - "Qəbələ" və "Sabah" - "Zirə" görüşləri qolsuz bərabərliklə başa çatıb.
Bununla Premyer Liqada avrokuboka dördüncü vəsiqə və elitanı tərk edəcək klub sonuncu turda bəlli olacaq.