"Başqaları ilə də yazışırdı" - Azyaşlı qızı qaçıran kişinin arvadı DANIŞDI / VİDEO

Xəbər verdiyimiz kimi, Tovuzun 13 yaşlı sakini, Əfsanə Tağıyeva ailə qurmaq məqsədilə ilə Xaçmaz rayonuna qaçıb. Qızın qaçdığı Səfər Kavazov polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib və onun barəsində cinayət işi açılıb.

Metbuat.az xəbər verir ki, İctimai televiziya Kavazovun keçmiş arvadından müsahibə alıb.

"O, həmişə kiminləsə telefonda yazışırdı. Deyirdim "belə etmə", qulaq asmırdı. Bir neçə ay idi ki, biz mübahisə edirdik. Son işində (qız qaçırmaq məsələsini nəzərdə tutur) evdən tamamilə getdi. O insanı mən bu gündən sildim. Bizə qarşı utancverici hərəkət etdi. 3 övladım var. Böyüyü 12 yaşındadır. Heç kəs inanmırdı ki, belə bir addım edib", deyə qadın bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı