Bağdakı dəliyə baxan ailə inanmadı - Milyonçu oldular / FOTO

Almaniyanın Elmshorn şəhərində yaşayan türk əsilli ailə bir gündə milyonçu olub.

Metbuat.az xəbər verir ki, Şahin ailəsinin bağçasına meteorit daşı düşüb. Məlumata görə, çəkisi 3,7 kiloqram olan meteorit daşı üçün 4 milyon 300 min türk lirəsi təklif edilir. Ailə başçısı Mahmut Şahinin sözlərinə görə, onlar meteorit daşını seyfdə saxlayır.

Məlumata görə, bu, Şlezviq Holşteyn əyalətinə indiyə qədər düşən ən böyük meteorit daşıdır. Mahmut Şahin Almaniya xaricindən də çoxlu təkliflər aldıqlarını ifadə edib. Ailə üzvləri hələlik meteorit daşını satmağa tələsmir.

Almanya'daki evlerinin bahçesine göktaşı düşen Şahin Ailesi zengin oldu

Almanya'daki evlerinin bahçesine göktaşı düşen Şahin Ailesi zengin oldu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR