Ermənistan parlamentində dava - VİDEO

Ermənistan parlamentində müxalifət və iqtidaryönümlü deputatlar arasında dava olub.

Metbuat.az xəbər verir ki, erməni mətbuatının məlumatıan görə, mübahisə “Hayastan” fraksiyasından olan deputat Artur Sarkisyanın çıxışından sonra baş verib.

Belə ki, onunla hakim partiyadan olan deputat Ovik Ağazaryan arasında gərginlik yaşanıb. Ardınca isə dava düşüb. Bundan sonra parlamentin spikeri Alen Simonyan təhlükəsizlik xidməti əməkdaşlarını çağırıb. Onlar Artur Sarkisyanı iclas zalından çıxarıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR