Mayın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start veriləcək.
Federasiyadan Metbuat.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin atletləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqan təmsilçiləri mübarizə aparacaqlar.
ADBTİA-nın stadionunda keçiriləcək Azərbaycan birinciliyinin açılış mərasimi mayın 26-sı saat 16:00-da baş tutacaq.